Ru
Bakı
USD
EUR
GBP
RUB

Daha 7 məktəblimiz beynəlxalq idman yarışlarında parlaq qələbə qazanıb (FOTO)

news photo

18.12.2018 12:49 // İdman

Bakıdakı ümumtəhsil müəssisələrinin daha 7 şagirdi idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğurlar qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildiriblər ki, bu qurumun tabeliyindəki 322 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Emil Məmmədəliyev Gürcüstanda Muay-Tay Taybok idman növü üzrə keçirilən beynəlxalq çempionatda 36 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Final mərhələsində erməni idmançını məğlub edən azərbaycanlı məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Paytaxtdakı 36 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ruslan Seyidov Gürcüstanda taekvando idman növü üzrə keçirilən beynəlxalq turnirdə 59 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yeri tutub. Qalib məktəbli qızıl medal, diplom və sertifikatla təltif olunub.

Vətənə qalibiyyətlə dönən digər məktəbli isə 328 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Mirzəyev İranda karate idman növü üzrə keçirilən beynəlxalq yarışda 38 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qalib məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

81 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan İsmayıllı Rusiyada keçirilən karate idman növü üzrə beynəlxalq yarışda 55 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Qalib məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.

Uğur qazanan digər idmançılar isə 247 nömrəli tam orta məktəbin şagirdləridir. Belə ki, Azərbaycanda keçirilən karate idman növü üzrə beynəlxalq yarışda V sinif şagirdi Seyfəddin İsayev 38 kiloqram çəki dərəcəsində I, III sinif şagirdi Rüfət İsayev isə 25 kiloqram çəki dərəcəsində III yerə layiq görülüb.

Bakı şəhəri üzrə 245 nömrəli tam orta məktəbin I sinif şagirdi Azadə Atakişiyeva İsraildə keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə II yerə layiq görülüb. A.Atakişiyeva medal və diplomla mükafatlandırılıb.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi