Ru
Bakı
USD
EUR
GBP
RUB

Dağıstanda “Dağlılar” Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti bayramı keçiriləcək

news photo

19.06.2019 16:43 // Cəmiyyət

İyunun 28-dən iyulun 5-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı keçiriləcək. 2004-cü ildən keçirilən festival xalq sənəti sahəsində başlıca yaradıcılıq meydançasına çevrilib, UNESCO-nun beynəlxalq folklor layihələri təqviminə daxil edilib və 2012-ci ildən onun himayəsi altında təşkil olunur.

Youthportal.az Dağıstan KİV-lərinə istinadla xəbər verir ki, festivalın təşkilatçıları Rusiya Mədəniyyət Nazirliyi, V.D. Polenov adına Rusiya Dövlət Xalq Yaradıcılıq Evi, Dağıstan Respublikası Mədəniyyət Nazirliyi, Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Respublika Xalq Yaradıcılığı Evi, RF-nin UNESCO-nun İşləri üzrə Komissiyasının Dağıstan bölməsi nəzdində Qeyri-Maddi Mədəni İrs Komitəsidir. Festival Dağıstan Respublikasının başçısının dəstəyi ilə keçirilir.

Bu illər ərzində festivalda Avropa, Cənubi Amerika, Asiya, Yaxın Şərq ölkələrindən, habelə Rusiyanın bir çox regionlarından təqribən 40 yaradıcı qrup iştirak edib.

Builki festivalda Azərbaycan, Çexiya, Slovakiya, Serbiya, İran, Hindistan, Qazaxıstandan yaradıcı kollektivlər və Dağıstan Respublikasının 50-dən çox folklor kollektivi iştirak edəcək.

“Dağlılar” Festivalının proqramı parlaq, dolğun və yaddaqalan olmağı vəd edir. Proqramda müxtəlif janrlı bədii yaradıcılıq layihələri – “Mənim Rusiyam – mənim Dağıstanım” qala-konsertləri, “Mənim doğma kəndim”, “Xalq geyimi poeziyası”, “Festival açıqcaları” xalq tətbiqi sənəti sərgi-yarmarkaları, “Paqlaman” sirk sənəti bayramı, “Oxu, aşıq!” aşıq mahnısı festivalı, “Sevinc” Azərbaycan mədəniyyəti bayramı, “Ənənələr teatrı” xalq özfəaliyyət teatrları festivalı, “Xəzər – dostluq sahilləri” Xəzər donanması festivalı, “Şad ol, könlüm!” xalq musiqisi festivalı, “Dağıstan bulaqları” xalq mahnısı ifaçıları bayramı, habelə fotosərgilər, ustad dərslər, qonaq kollektivlərin və bələdiyyə folklor ansambllarının yürüşü, dəyirmi masalar, Dağıstanın Dərbənd, Qızlar, Kaspiysk, Qayakənd, Untsukul, Şamil, Levaşi, Daxadayev, Axtı, Akuşin, Botlix rayonlarında səyyar konsertlər və bayram şənlikləri nəzərdə tutulub.

Müxtəlif xalqların mədəni ənənələrinin mübadiləsi festivalın beynəlxalq dəyərini müəyyən edir, ölkənin qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasına və inkişafına kömək edir.

Gözlənildiyinə görə, bu il “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı 12 mindən çox dağıstanlını və qonağı bir araya gətirəcək. Axı festival həmişə müxtəlif regionların, ölkələrin, konfessiyaların nümayəndələrinin məsləkdaş və dost olmalarına kömək edən parlaq bayram, canlı ünsiyyətdir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi