Ru
Bakı
USD
EUR
GBP
RUB

Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışında olublar

news photo

09.08.2019 15:23 // İdman

Avqustun 25-də Tokioda start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqları davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplanışında olublar.

Azərbaycan Cüdo Federasiyasından Youthportal.az-a bildiriblər ki, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə keçirilən toplanışa Azərbaycan cüdoçuları ilə yanaşı, Cənubi Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları da qatılıblar. Tata şəhərində keçirilən təlim-məşq toplanışında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak ediblər.

Cüdo üzrə növbəti dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi