Ru
Bakı
USD
EUR
GBP
RUB

Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib (FOTO)

news photo

11.01.2019 11:25 // İdman

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışları davam edir.

Azərbaycan Cüdo Federasiyasından Youthportal.az-a verilən məlumata görə, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi