Ru
Bakı
USD
EUR
GBP
RUB

Coğrafiya İnstitutunun yeni nəşrində heyvandarlığın ərazi təşkili araşdırılıb

news photo

07.02.2019 16:50 // Təhsil

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun elmi redaktorluğu ilə coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” monoqrafiyası çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildirilib ki, üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilib, bir sıra əməli təkliflər irəli sürülüb.

Yeni nəşrin materiallarından Azərbaycanın iqtisadi coğrafiyası və kənd təsərrüfatı coğrafiyası fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi