Ru
Bakı
USD
EUR
GBP
RUB

Coğrafi informasiya sistemləri proqram təminatı əsasında elektron xəritə platforması yaradılıb

news photo

15.02.2019 17:25 // Təhsil

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universiteti tərəfindən “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş” nəşr edilib.

AMEA-dan Youthportal.az-a bildirilib ki, vəsait bu qurumun aqrar elmlər üzrə müşaviri, akademik Qərib Məmmədovun rəhbərliyi ilə hazırlanıb.

Nəşrdə ilk dəfə müasir coğrafi informasiya sistemləri proqram təminatı əsasında respublika ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi bütün miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılıb. Həmçinin torpaq, aqrokimyəvi, eləcə də multidissplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənib.

Metodik göstərişin rəyçiləri Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, “DATUM” MMC-nin direktoru, texnika üzrə fəlsəfə doktoru Camal İsmayılov və Seul Milli Universitetinin professoru Hee-Myog Rudur.

Vəsaitdən bakalavr, magistr və doktorantlar, o cümlədən elmi-tədqiqat institutlarında, nazirlik və digər aidiyyəti qurumlarda tədqiqat işi aparan mütəxəssislər istifadə edə bilərlər.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi