Ru
Bakı
USD
EUR
GBP
RUB

Cocuq Mərcanlı kəndində keçirilən “Qayıdış” Yaz Məktəbində 60-da çox şagird iştirak etdi (FOTO)

news photo

13.03.2019 12:05 // Gənclər üçün

Sosial korporativ məsuliyyət çərçivəsində “ENGİN” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 günlük “Qayıdış” Yaz Məktəbi keçirilib.

Youthportal.az xəbər verir ki, Yaz məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbinin və Fizuli rayonu Qazaxlar kənd orta məktəbindən olan 60-dan çox şagird iştirak edib.

Martın 8-dən 10-dək keçirilən “Qayıdış” Yaz Məktəbinin birinci günü intellektual, ikinci günü incəsənət və yaradıcılıq, üçüncü gün isə kiçik sahibkarlıq, maliyyə savadlılığı mövzularında baş tutub və iştirakçıların yüksək marağına səbəb olub. İştirakçıların hər birinə Yaz məktəbinə məxsus hədiyyələr verilib.

Yaz məktəbinin təşkilində və təlimlər zamanı tələbə-könüllülər uğurla fəaliyyət göstəriblər. 

“Qayıdış” Yaz Məktəbinin məqsədi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirməsinə şərait yaratmaq, şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasıdır.

Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qruplarıYouth Inc. Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi