Ru
Bakı
USD
EUR
GBP
RUB

"Coca-Cola" Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx və himn təqdim edib - FOTO

news photo

20.04.2015 19:00 // İdman

Bu gün Bakıda “Bakı 2015” 1-ci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti və Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) “Bakı 2015” Avropa Oyunlarının təşviqat video-çarxının və himninin təqdimatını keçirib.

Youthportal.az Trend-ə istinadən xəbər verir ki, təşviqat video-çarxı “Coca-Cola”nın Azərbaycanda yayımlanan televiziya çarxları arasında ən kreativlərindən biridir. “Coca-Cola” tərəfindən özəl olaraq “Bakı 2015” Avropa Oyunları üçün hazırlanmış ruhlandırıcı himn oyunların təbliği və 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları həyəcanına öz töhfəsini verməyə xidmət edir. Təqdimat mərasimində BEGOC-un, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri, “Bakı 2015” Avropa Oyunlarının səfirləri, yarışlarda Azərbaycanı təmsil edəcək milli yığma komandanın idmançıları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qonaqları salamlayıb və rəsmi tərəfdaşların “Bakı 2015” Avropa Oyunlarının müvəffəqiyyəti naminə həyata keçirdikləri əməkdaşlıq fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Əziz dostlar, birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” tərəfindən “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş kampaniyanın başlamasının şahidi olmaqdan məmnunluq hissi duyuram. Dünyanın 50 ölkəsindən 6 000-dən çox atletin idmanın 20 növü üzrə yarışacağı (bunlardan 12-i “Rio 2016” Olimpiya Oyunlarına təsnifat imkanı təqdim edir) “Bakı 2015” Avropa Oyunları qitənin ən əsas idman yarışması olacaq. “Coca-Cola” tərəfindən təqdim olunan “Bakı 2015” təşviqat video-çarxı və Avropa Oyunlarına həsr olunmuş himn Azərbaycanda keçirilən ən kreativ və cəlbedici kampaniyalardan biri olaraq milyonlarla insanı Oyunları dəstəkləməyə ruhlandıracaq. “Coca-Cola” kimi rəsmi tərəfdaşlarımız və bizə dəstək verənlərin köməyi ilə bütün qitəni cəlb edəcək və özündə birləşdirəcək tarixi, müstəsna yay idman bayramını həyata keçirəcəyik. Mən əminəm ki, “Coca-Cola” tərəfindən “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş kampaniya insanların həyəcanını, qürur və xoşbəxtliyini daha da artıracaq”.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel öz çıxışı zamanı “Bakı 2015” Avropa Oyunlarının töhfəsi və “Coca-Cola”nın dəstəyi ilə bu möhtəşəm yarışların insanların həyat tərzinə müsbət təsiri haqda danışıb: “Biz ”Coca-Cola” şirkəti olaraq inanırıq ki, idman hamımız üçün ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi sürərək bütövlükdə cəmiyyətin rifahına müsbət təsir edəcək daha xoşbəxt həyat formalaşdırır. Məhz buna görə “Coca-Cola” 1928-ci ildən etibarən beynəlxalq Olimpiya Hərəkatını dəstəkləyir. Artıq qısa bir vaxtdan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq Oyunların minlərlə, hətta milyonlarla azərbaycanlını daha fəal olmağa ruhlandıracağına inanırıq. Biz əminik ki, qalib olub-olmamasından asılı olmayaraq hər bir idmançı milyonlarla insanı öz xoşbəxtlikləri naminə ilk addım atmalarına ruhlandırır. Bu idman tədbirinin Azərbaycan üçün olan əhəmiyyətini anlayaraq Avropa Oyunlarına ev sahibliyi edən ölkənin qürur hissini paylaşırıq. Biz hər bir kəsin Oyunların tərkib hissəsi olmalarını, oyunları dəstəkləmələrini, xoşbəxtliyin başlıca sirri olan fəal və sağlam həyat tərzi sürmələrini istəyirik. Bizim kampaniya çərçivəsindəki bütün fəaliyyətimiz bu istiqamətə yönəlib”.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev tədbirdə çıxış edərək bildirib: ”Avropa Oyunlarına və yarışmada çıxış edəcək milli yığmamızın idmançılarına böyük miqyaslı ictimai dəstəyin formalaşdırılması çox əhəmiyyətlidir. Avropa Oyunlarına geniş ictimai dəstəyin olması nəticədə idmançılarımızın uğur qazanmasına şərait yaradacaq. Bu gün biz üzərində “Bakı 2015” loqosu və Azərbaycan idmançılarının adlarının əks olunduğu “Coca-Cola” məhsullarını gördük. Mən əminəm ki, bu addım istehlakçılar, idmançılar, tamaşaçılar və ümumilikdə Avropa Oyunları arasında güclü emosional bağlılıq yaradacaq”.

Tədbir çərçivəsində “Coca-Cola”nın Azərbaycanda yayımlanan ən kreativ televiziya təşviqat videolarından biri olan “Bakı 2015” Avropa Oyunlarına həsr olunmuş video-çarxın təqdimatı keçirilib. Video-çarxda Nadya Komaneçi və Ziko kimi dünyaca məşhur idmançılarla yanaşı Olimpiya çempionları Namiq Abdullayev və Zemfira Meftahətdinova kimi Azərbaycanın idman qəhrəmanlarının uğurlarının bütün dünya üzrə insanları idmanla məşğul olmağa, sağlam və fəal həyat tərzinə ruhlandırdığını nümayiş etdirir. Ardınca Avropa Oyunlarının səfiri, tanınmış müğənni, əməkdar artist Tünzalə Ağayeva “Coca-Cola” şirkəti ilə xüsusi əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş yarışın ruhlandırıcı himnini ifa edib.

Azərbaycan milli yığmasının üzvlərinə olan dəstəyini nümayiş etdirmək üçün “Coca-Cola” yarışlarda iştirak edəcək azərbaycanlı atletlərə və veteran idmançılara üzərində adları əks olunmuş “Coca-Cola” məhsulları təqdim edib. Müştərilər aprel ayından etibarən üzərində bir sıra “Bakı 2015” idmançılarının adları və müvafiq idman piktoqramları əks olunmuş “Coca-Cola” məhsullarını əldə etmək imkanındadırlar. Tədbir iştirakçılarının əksəriyyəti qeyd olunan özəl “Coca-Cola” məhsulları ilə şəkil çəkdirərək Azərbaycan milli yığma komandasının üzvlərinə qarşıdan gələn Avropa Oyunlarında uğurlar arzulayıb.

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 20 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi