Ru
Bakı
USD
EUR
GBP
RUB

Çinli alimlər Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlarla maraqlanıblar

news photo

20.09.2019 17:51 // Təhsil

Sentyabrın 20-də Çin Sosial Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq strategiya şöbəsinin alimləri Şao Fenq və Vanq Li Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İnstitutdan Youthportal.az-a bildirilib ki, əvvəlcə çinli alimlər bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva və Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli ilə görüşüblər.

Görüşdə akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib və Asiya-Sakit okean regionu ölkələri, o cümlədən Çinlə bağlı tədqiqatların aparılmasına son illərdə başlandığını bildirib.

Gövhər Baxşəliyeva institutun Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çin Xalq Respublikasının (ÇXR) müasir dövrünün tarixinin öyrənilməsi, ÇXR-in digər ölkələrlə, o cümlədən Azərbaycanla mədəni əlaqələri, iqtisadi inkişaf yolları, milli və xarici siyasəti, beynəlxalq arenada yeri barədə məlumat verib. Çinin Azərbaycanla əlaqələri istiqamətlərində araşdırmaların aparıldığını və 2016-cı ildə yaradılmış şöbədə bu sahədə bir neçə kitabın nəşr etdirildiyini bildirib.

Direktor institutun ÇXR-in Konfutsi İnstitutu ilə müqaviləsi çərçivəsində müəllimlərin əməkdaşlara Çin dilini tədris etməsini, bir gənc əməkdaşın Nanjinq, digərinin isə Anhoy universitetinə magistr təhsili almaq üçün göndərildiyinin qeyd edib.

Zenfira Şıxəlibəyli çinli qonaqlara Asiya-Sakit okean regionu ölkələri şöbəsində aparılan tədqiqatlar, nəşr etdirilən kitablar haqqında ətraflı məlumat verib.

Şao Fenq təmsil etdiyi şöbədə bir çox ölkələr, o cümlədən Azərbaycanla beynəlxalq əlaqələrlə bağlı tədqiqatlar aparıldığını bildirib. Qeyd edib ki, Bakıya gəlməklərində əsas məqsəd də Azərbaycanın iqtisadiyyatını, siyasətini, mədəniyyətini, xarici əlaqələrini daha dərindən öyrənməkdir.

Daha sonra Şao Fenq və Vanq Li Asiya-Sakit okean regionu ölkələri şöbəsində olub, əməkdaşların araşdırmaları ilə maraqlanıblar.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi