Ru
Bakı
USD
EUR
GBP
RUB

Çingiz Aytmatovun əsəri əsasında çəkilən film Türkiyədə nümayiş olunacaq

news photo

20.12.2018 16:52 // Cəmiyyət

Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında Özbəkistan və Qırğızıstan kinemotoqrafçılarının birgə layihəsi ilə çəkilən “Sərv qamətli dilbərim” filmi dekabr ayının sonlarından Türkiyənin İstanbul, Ankara, Kastamonu və Antalya şəhərlərində ekranlara çıxarılacaq.

Youthportal.az xəbər verir ki, filmin rejissoru Sərvər Kərimov, ssenari müəllifi qırğız dramaturqu Kerez Zarlikovadır.

Baş rolları özbək aktyorları Adiz Rəcəbov və Uluqbəy Kadırov, qırğız aktyorları Mədinə Talinbek və Elina Aybay ifa edirlər.

Filmdəki Asal rolunun ifaçısı Mədinə Talinbek noyabr ayında Daşkənddə keçirilən “Prologie” dördüncü beynəlxalq kinofestivalında “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

İki əsrin hekayələri

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi