Ru
Bakı
USD
EUR
GBP
RUB

Çində süni intellekt şəhəri qurulacaq

news photo

28.12.2017 14:15 // Dünyada

<p>Çinin “Baidu” şirkəti Pekindən 100 kilometr məsafədə yerləşəcək “gələcəyin şəhərini” qurmağı planlaşdırır.</p>

<p>Youthportal. az hi-news.ru saytına istinadla xəbər verir ki, şəhərin tikintisi, ilk növbədə, süni intellekt texnologiyaları ilə bağlı sınaqların keçirilməsi üçün test meydançası kimi nəzərdə tutulan “Xiongan New Area” yeni iqtisadi zonası çərçivəsində həyata keçiriləcək. Genişmiqyaslı şəhərsalma layihəsi sıx məskunlaşmış Pekin şəhərinin boşaldılması, “ekoloji təmiz və texnologiya baxımından inkişaf etmiş şəhər”in yaradılması məqsədlərinə xidmət edir. Öncə şəhərin sahəsi 100 kvadratkilometr təşkil edəcək, sonra isə 2 min kvadratkilometrə qədər genişləndiriləcək. Bu ərazidə 2-2,5 milyona qədər insan yerləşdirilə bilər.</p>

<p>Yeni şəhərdə müasir infrastruktur nəzərdə tutulub. Şəhərin bir çox obyektləri və kommunikasiya sistemi süni intellekt imkanlarına malik xüsusi neyroşəbəkə vasitəsilə idarə olunacaq.</p>

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi