Ru
Bakı
USD
EUR
GBP
RUB

Çində “Siao Nan” adlı robot-jurnalist ilk məqaləsini yazıb

news photo

21.01.2017 16:00 // High-tech

Pekin Universitetinin professoru tərəfindən hazırlanan “Siao Nan” adlı robot-jurnalistin “Southern Metropolis Daily” qəzetində ilk məqaləsi çap olunub. Məqalə şərq ay təqvimi ilə qeyd olunan Yeni il ərəfəsində Çində sərnişin daşınmasında yaranan sıxlıq ilə əlaqədardır.

Robot-jurnalistə 300 heroqlifdən ibarət məqaləni hazırlamaq üçün cəmi 1 saniyə vaxt lazım olub. Robotu hazırlayan ekspertlər deyiblər ki, “Siao Nan” həm kiçik, həm də iri həcmli məqalələr yazmaq imkanına malikdir. Böyük məlumat bazası, sürətli hesablama və axtarış sistemi ilə təmin olunan robot insan jurnalistdən fərqli olaraq məlumatları daha tez təhlil edə və məqalə hazırlaya bilir. Lakin bu o demək deyil ki, robot-jurnalistlər insanları əvəz edə biləcək. Çünki onlar müsahibə ala, dialoq qura bilmirlər.

Çin kütləvi informasiya vasitələri robotlardan istifadəyə böyük maraq göstərir. Bir müddət əvvəl “Dreamwriter” adlı robot-jurnalist Çinin internet nəhəngi olan “Tencent”in səhifəsində ilk məqaləsini yazmışdı. Ötən il yay Olimpiya oyunları zamanı Çinin internet qəzetlərindən birində “Xiaomingbot” adlı robot-jurnalistin ölkə idmançılarının yarışları haqqında xəbərləri yerləşdirilmişdi. Robot Olimpiya günlərində operativ qaydada 450 xəbər hazırlaya bilmişdi.

Bundan başqa, bir neçə TV kanalı hava proqnozalarını təqdim etmək üçün robot-aparıcılardan istifadə edir. Ölkənin milli xəbər agentliyi Sinxua da son vaxtlar bəzi statistik xəbərlərin hazırlanmasını robotlara tapşırır.

AZƏRTAC

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi