Ru
Bakı
USD
EUR
GBP
RUB

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir

news photo

21.02.2020 10:54 // Dünyada

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 75 min 567, bu virus səbəbindən ölənlər isə 2239 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 889 nəfərin virusa yoluxması faktı qeydə alınıb, 118 nəfər virus səbəbindən ölüb. Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (411 nəfər) və ölüm (115 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.

İndiyədək 18 min 264 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 11 min 633 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 606 min nəfəri müəyyən edib, onlardan 120 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir və İranda 10000-dən çox yoluxma, 9 ölüm faktı qeydə alınıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi