Ru
Bakı
USD
EUR
GBP
RUB

Çin yaxın vaxtlarda 5G lisenziyalarının verilməsinə başlayacaq

news photo

04.06.2019 15:05 // Dünyada

Çin hökuməti yaxın vaxtlardan etibarən 5-ci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə kommersiya xidmətlərinin göstərilməsi üçün lisenziyaların verilməsinə başlayacaq.

Youthportal.az xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb. Bildirilir ki, Çində 5G şəbəkəsinin yaradılması istiqamətində aparılmış işlər uğurla başa çatıb və şəbəkə istifadəyə tam hazırdır. Artıq "Nokia", "Ericsson", "Qualcomm" kimi şirkətlərin iştirakı ilə texniki testlər də aparılıb.

Qeyd edək ki, Çinin 3 böyük mobil rabitə operatoru "China Mobile", "China Telecom" və "China Unicom" qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Cari il ərzində isə bu xərclər 5 milyard dollara çatacaq. İl ərzində "China mobile" 50 minə yaxın, "China Telecom" isə 20 min baza stansiyası quraşdırmağı hədəfləyib.

Müqayisə üçün bildirək ki, 2014-2018-ci illərdə 4G şəbəkəsi üçün təxminən 100 milyard dollar sərf olunmuşdu.

 

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi