Ru
Bakı
USD
EUR
GBP
RUB

Çin orbitə yeni peyk göndərib

news photo

04.11.2019 10:31 // Dünyada

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

Youthportal.az Çinin Elm, Texnologiya və Milli Müdafiə Sənayesi Baş Administrasiyasına istinadla xəbər verir ki, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi