Ru
Bakı
USD
EUR
GBP
RUB

Çin kosmik stansiyasi Dağıstana düşə bilər

news photo

28.03.2018 19:09 // Dünyada

Çinin birinci kosmik stansiyası "Tyanqun-1" ("Səma sarayı-1") atmosferə daxil olaraq həftə ərzində yanacaq, onun qalıqları isə Yer planetinə düşə bilər.

Youthportal xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyindən xəbər verilib.

Hazırda stansiya 200 kilometr hündürlükdə yerləşir, hər gün isə bu məsafə 4 km azalır. Onun düşməsi yaxın günlərdə daha da sürətlənə bilər.

Gözlənilir ki, Yerə çatmağına 70 kilometr qalmış stansiya ikiyə bölünəcək.

Alimlərin hesablamalarına görə, onun qalıqları 43 dərəcə şimal və cənub enliyində Yerə yaxınlaşa bilər. Bu əraziyə isə Cənubi və Mərkəzi Amerika, Avropanın cənubu, bütün Afrika, Yaxın Şərq, Şərqi və Cənub-Şərqi Asiya daxildir. Bununla belə, stansiyanın düşdüyü əraziyə Dağıstanın cənub hissəsi də aiddir.

2016-cı ilin martında stansiya öz fəaliyyətini dayandırıb. Stansiyanın layihə müddəti 2,5 il artırılıb. Bundan əvvəl stansiyanın 2017-ci ilin sonlarında yanacağı gözlənilsə də, proqnozlar yenilənərək bunun 2018-ci ilin yazında baş verəcəyi söylənilir.

"Tyanqun-1" stansiyasının buraxılışı 29 sentyabr 2011-ci ildə baş tutub.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi