Ru
Bakı
USD
EUR
GBP
RUB

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıb

news photo

17.05.2019 17:19 // Dünyada

Ətraf Mühit Təhsili Fondu (FEE – Foundation for Environmental Education) dünyanın ən təmiz sahil çimərliklərinin illik reytinqini dərc etdirib.

Youthportal.az RİA "Novosti”yə istinadən xəbər verir ki, fondun təmizliyə və abad infrastruktura görə təsis etdiyi “Blue Flag” (mavi bayraq) mükafatına layiq görülən 3797 çimərliyin 100-dən çoxu fasiləsiz 10 ildən çoxdur ən təmiz statusunu saxlayır. Həmçinin 7 sahil ərazisi bu il “Blue Flag”a ilk dəfə layiq görülüb.

Bundan əlavə, 566 sahil ərazisi “Blue Flag”lə təltif edilən İspaniya bu göstəriciyə görə ölkələrin reytinqinə dalbadal 32 dəfədir başçılıq edir. Sonrakı yerlərdə 515 çimərliklə Yunanıstan, 463 çimərliklə Türkiyə, 389 çimərliklə Fransa, 385 çimərliklə İtaliya qərarlaşıb.

Bu il dünyada cəmi 4559 “Blue Flag” mükafatı verilib ki, bu da əvvəlki ilə nisbətən 138 ədəd çoxdur. Bunlardan 3797 mükafata sahillər, 695-nə marinalar, 67-nə turist gəmiləri layiq görülüb. 

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi