Ru
Bakı
USD
EUR
GBP
RUB

Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib

news photo

14.05.2015 11:54 // İdman

Futbol üzrə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib. Yarımfinal mərhələsini cavab görüşündə İspaniya "Real Madrid"i İtaliyanın "Yuventus" klubu ilə qarşılaşıb.

Madriddəki matça Turin təmsilçisi üstün başlayıb. İtaliyada keçirilmiş ilk görüşdə 2:1 hesablı qələbə qazanan "Yuventus"a İspaniya paytaxtında heç-heçə də kifayət edirdi.

"Kral klubu" isə mübarizəni davam etdirmək üçün "Santyaqo Bernabeu"da ən azı qapısını toxunulmaz saxlamaq şərtilə "ağ-qaralar"ı minimal hesabla məğlub etməli idi. Gərgin mübarizə nəticəsində "Real Madrid" istəyinə nail ola bilmədi. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı. İki oyunun ümumi nəticələrinə görə (2:3) növbəti mərhələyə "Yuventus" çıxdı.

Qeyd edək ki, İspaniyanın "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilmiş iki görüşün nəticəsinə (5:3) əsasən, kataloniyalılar adını finala yazdırıb.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi