Ru
Bakı
USD
EUR
GBP
RUB

Çempionlar Liqası. "Barselona" "Bavariya"nı darmadağın edib

news photo

07.05.2015 11:45 // İdman

İspaniyanın "Barselona" futbol klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə "Bavariya"nı darmadağın edib.

Görüş 3:0 hesabı ilə başa çatıb.

Oyunda bütün qollar ikinci hissənin sonlarında vurulub. 77 və 80-ci dəqiqələrdə argentinalı Lionel Messi fərqlənib. Oyunda son nöqtəni 90-cı dəqiqədə daha bir cənubi amerikalı futbolçu Neymar qoyub. Messi, həmçinin ÇL-da vurulan qolların sayına görə yeni rekord müəyyən edib - 77 qol.

Cavab matçı mayın 12-də Münhendə keçiriləcək.

Çempionlar Liqası. ½ final. Birinci oyun

"Barselona" (İspaniya) — "Bavariya" (Almaniya) — 3:0(0:0)

Qollar: Messi, 78, 80. Neymar, 90

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi