Ru
Bakı
USD
EUR
GBP
RUB

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkü dekabrın 16-da atılacaq

news photo

12.12.2019 15:54 // İdman

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi dekabrın 16-da keçiriləcək.

Youthportal.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşk zamanı komandalar iki səbətdən çıxarılacaqlar:

Səpələnmişlər: "Barselona" (İspaniya, F qrupu), "Bavariya" (Almaniya, B qrupu), "Yuventus" (İtaliya: D qrupu), "Leyptsiq" (Almaniya, G qrupu), "Liverpul" (İngiltərə, E qrupu), "Mançester Siti" (İngiltərə: C qrupu), PSJ (Fransa, A qrupu), "Valensiya" (İspaniya, H qrupu)

Səpələnməmişlər: "Atalanta" (İtaliya: C qrupu), "Atletiko" (İspaniya, D qrupu), "Çelsi" (İngiltərə, H qrupu), "Borussiya" (Dortmund, Almaniya, F qrupu), "Lion" (Fransa, G qrupu), "Napoli" (İtaliya, E qrupu), "Real Madrid" (İspaniya, A qrupu), Tottenhem" (İngiltərə, B qrupu)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq. 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi