Ru
Bakı
USD
EUR
GBP
RUB

"Çelsi" Bakı finalında "Arsenal"ı darmadağın edib

news photo

30.05.2019 09:06 // İdman

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019 mövsümünün final qarşılaşması baş tutub.

Youthportal.az xəbər verir ki, maraqlı qarşılaşmada iki ingilis komandası – "Çelsi" və "Arsenal" qarşılaşıb.

Oyun "Çelsi"nin böyük hesablı qələbəsi ilə yekunşalıb – 4:1. Hesabı matçın 49-cu dəqiqəsində Olivye Jiru açıb. Mauritsio Sarrinin komandasının ikinci qolunu 60-cı dəqiqədə Pedro vurub, cəmi 5 dəqiqə sonra Eden Azar "Arsenal"ın qapısına təyin olunmuş penaltini reallaşdırıb və hesabda fərqi daha da artlrlb.

Qarşılaşmanın 69-cu dəqiqəsində İvobi "Arsenal"ın azarkeşlərini ümidləndirsədə, "Çelsi"nin belçikalı forvardı Azar 3 dəqiqə sonra özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq bütün suallara cavab verib.

Beləliklə, "Çelsi" ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub. Turnirdə ilk qələbə sevincini komanda 2012-2013 mövsümündə Amsterdam finalında yaşayıb.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi