Ru
Bakı
USD
EUR
GBP
RUB

Cənubi Koreyalı gənclər ATGTİ-də olub

news photo

02.08.2018 11:46 // Gənclər üçün

Azərbaycan və Cənubi Koreya arasında imzalanmış beynəlxalq gənclər mübadiləsi “YouthExchange” proqramı çərçivəsində Azərbaycanda səfərdə olan Koreya gənclərindən ibarət nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qonağı olub.

Youthportal.az xəbər verir ki, qonaqlara ittifaq barəsində geniş məlumat verilib, keçirilmiş layihələrdən videoçarxlar göstərilib, təşkilatın fəaliyyəti, gördüyü işlər, keçirilən böyük layihələr barədə məlumat verilib. Bu cür mübadilə proqramlarının əhəmiyyətindən danışılıb. Həmçinin, görüşdə Koreylı gənclər də ölkələri haqqqında təqdimat keçiriblər. 

Daha sonra Koreyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə Koreyalı gənclərin gürüşü keçirilib. Hər iki ölkənin gəncləri onları maraqlandıran sualları bir-birlərinə ünvanlandırıb. Görüşün sonunda qərargahın bölmələri ilə tanış olan gənclərlə xatirə şəkli çəkilib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi