Ru
Bakı
USD
EUR
GBP
RUB

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

news photo

22.11.2019 18:31 // Dünyada

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin (GSOMIA) müddətinin şərtlə uzadılmasına razılıq verib.

Youthportal.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yaysa da, şərtin və ya şərtlərin nədən ibarət olduğunu bildirməyib.

Qeyd edək ki, avqustda Seul Yaponiyanın elektronika üçün nəzərdə tutulan bir sıra nanotexnologiyaların Cənubi Koreyaya ixracına nəzarəti gücləndirməsindən sonra müqavilədən imtina etdiyini açıqlamışdı. Ötən müddətdə tərəflər arasında məsələyə dair bir neçə dəfə nəticəsiz başa çatan danışıqlar olmuşdu. Hər iki ölkə ilə yaxın münasibətləri olan ABŞ tərəfləri razılığa gəlməyə çağırmışdı.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi