Ru
Bakı
USD
EUR
GBP
RUB

Cənub regionunda “ Karyera Akademiyası” gənclər üçün qış məktəbi keçirildi

news photo

09.03.2017 15:11 // Təhsil

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi 24-25-26 fevral tarixlərində Lənkəran şəhərində yerləşən Palmalife Resort otelində “ Karyera Akademiyası” gənclər üçün qış məktəbi layihəsi çərçivəsində təlim kursu keçirmişdir.

Tədbirin açılışında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, baş məsləhətçi Əli Nurullayev iştirak etmişdir. Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə layihənin əsas məqsədi cənub regionunda yaşayan gənclərin karyera imkanları və peşə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Layihə çərçivəsində Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarından online ərizə forması ilə seçilmiş 25 nəfər gənc üçün 3 günlük interaktiv təlimlər təşkil olunmuşdur.Təlimçi və ekspert tərəfindən gənclərə dövlət qulluğu və özəl sektorda karyera qurmağın yolları, CV və istək məktublarının yazılma qaydaları, düzgün iş müsahibələri, işədüzəlmə üçün hüquqi sənədlərin tərtibi, əmək müqavilələrinin bağlanması, dövlət qulluğuna hazırlıq və müraciət qaydaları və sair mövzular tədris olunmuşdur. Təlim kursundan sonra seçilmiş gənclər istəklərinə uyğun olaraq dövlət və özəl müəssisələrdə 1 aylıq təcrübə mübadiləsinə cəlb ediləcəkdir.

Təlimin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim olunmuşdur.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi