Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəlilabadda “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı keçirilib

news photo

27.01.2019 14:01 // Gənclər üçün

Cəlilabad rayonunda “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı keçirilib.

Youthportal.az xəbər verir ki, rayonun Alar kəndində baş tutan tədbirdə kəndin müəllim və şagirdləri iştirak ediblər.

İştirakçılara layihə haqqında geniş məlumat verildikdən sonra videoçarxlar nümayiş etdirilib. Daha sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda layihədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı aparılıb.

Cəlilabadda skaut üzrə dəstə lideri Natiq Cavadov, lider köməkçiləri - Elçin AbbasovÜlkər Abbasovadır.

Yaranmış dəstənin ilkin fəaliyyəti yanvar ayından iyunun sonuna kimi davam edəcək. İyul ayında isə layihənin yekunu olaraq həm uşaq və yeniyetmələr, həm də böyükyaşlı liderlər üçün İsmayıllı rayonunda çadır düşərgəsi təşkil olunacaq.

Qeyd edək ki, layihənin əsas məqsədi skaut hərəkatının köməyi ilə rayonda yaşayan uşaq, yeniyetmə və gənclərin yeni nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyəvi şəxsi keyfiyyətlərin inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri var. Bunlara ictimaiyyət arasında layihənin təbliği, könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək, skaut təlimləri və ustad dərsləri vasitəsilə mövcud gənclərdə liderlik, skaut bilik və bacarıqlarının artırılması və s. aiddir.

Xatırladaq ki, “Skaut - gələcək nəslin lideri” layihəsinə ötən ilin sentyabrın 1-də ABŞ-ın Azərbaycandakı səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində başlanılıb.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi