Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəlilabad rayonunda gənc müəllim Toğrul Əsgərovun yeni nəşr olunmuş "Easy English" (asanlaşdırılmış ingiliscə) kitabının təqdimat mərasimi keçirilib (FOTO)

news photo

09.09.2019 18:24 // Gənclər üçün

Təqdimat mərasimi Cəlilabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində baş tutub.

Youthportal.az xəbər verir ki, tədbirdə rayonun fəal gənc müəllimləri iştirak ediblər. Mərasimdə "Easy English" kitabının əhəmiyyətindən danışılıb. Kitabın müəllifi T.Əsgərov bildirib ki, vəsait şagirdlər və ingilis dili öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub və kifayət qədər sadələşdirilmiş qrammatikaya malikdir: "Bu dərs vəsaitində. sistemləşdirilmiş fonetik və qrammatik materialla birlikdə, ingiliscə kiçik və böyük həcmli cümlələrin qurulması mövzusunda məlumatla əhatə olunub. Kurrikulum sistemində imtahanlara düşəcək olan "dinləmə" mətnlərini anlamağa kömək üçün mətnlər də verilib. Vəsaitin sonunda verilmiş əlavələr, dialoqlar, mətnlər, sözlər, frazeoloji birləşmələr abituriyentlərimin qəbul imtahanlarına daha səmərəli şəkildə hazırlaşmasına kömək edəcək".

Sonra Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək Azərbaycanda uğurlu gənclər siyasəti yürüdüldüyünü bildirib. O, gənc müəllimlərə dövlətin göstərdiyi qayğı və diqqətdən söz açıb. Bildirib ki, bütövlükdə gənc müəllimlərin yeni-yeni uğurlara imza atması sevindiri haldır: "Toğrul müəllimin gənc yaşında belə bir kitab ərsəyə gətirməsi digər müəllimlərə də stimul olacaq. Bu vəsait şagirdlərə və ümumilikdə ingilis dili öyrənmək istəyənlərə yeni bilik verməklə yanaşı, həm də gənc müəllimlər arasında motivasiya olacaq".

E.Hüseynov çıxışında "İlin gənc müəllimi-2019" müsabiqəsinin iştirakçısı Elçin Abbasovun fəaliyyətindən də söz açıb. Bildirib ki, Cəlilabad rayonunda təhsil gündən-günə inkişaf edir. O, rayonun təhsil sisteminin inkişafında gənc fəal müəllimlərin böyük əməyinin olduğunu vurğulayıb.

Qeyd edək ki, T.Əsgərov 1993-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Xəlilabad kənd orta məktəbinin Coğrafiya müəllimi kimi fəaliyyət göstərir.

T.Əsgərov 2011-ci ildə orta məktəbi Bakı şəhərində yerləşən 70 nömrəli məktəbi bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasına qəbul olub və paralel olaraq ingilis dilini də öyrənməyə çalışıb. O, 2015-ci ildə Ukrayna, 2016-cı ildə isə Ruminiyadakı məktəblərdə Azərbaycanın tanıdılması üçün həyata keçirilən layihə çərçivəsində ingilis dilini tədris edib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi