Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə “Bir gəncin manifesti” əsəri əsasında hazırladıqları tamaşalara baxış keçirilir (FOTO)

news photo

28.11.2018 15:09 // Cəmiyyət

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 2018-ci il tarixli 284 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq orta ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşalara baxış keçirilir.

Youthportal.az xəbər verir ki, təşkil olunan tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, komissiyanın üzvləri, məktəb direktorları, valideynlər, məktəblərin müəllim və şagird heyəti iştirak edirlər.Məlumat üçün bildiririk ki, təsdiq edilmiş qrafikə uyğun olaraq tamaşalara baxış silsiləli olaraq həyata keçirilir. Bütün tamaşalar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin keçirilməsi planlaşdırılır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi