Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəfər Cabbarlının yubileyinə həsr olunmuş videoçarx Rusiya kitabxanalarında nümayiş olunacaq

news photo

15.02.2019 13:50 // Təhsil

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlanıb.

Kitabxanadan Youthoprtal.az-a bildirilib ki, videoçarx Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunub.

Azərbaycan və rus dillərində hazırlanmış videoçarx Cəfər Cabbarlının “Azad bir quşdum”, “Susmuş bir duyğu” şeirlərinə yazılmış mahnılarla müşayiət olunur. Videoçarxda “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Prezident İlham Əliyevin 17 dekabr 2018-ci il tarixli Sərəncamı, görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumatlar öz əksini tapıb. Həmçinin izləyicilər ədibin Bakı şəhərində və Xızı rayonundakı ev-muzeylərinə virtual səyahət edərək eksponatlarla tanış ola bilərlər.

Videoçarx Rusiyanın kitabxanalarında Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə nümayiş olunacaq.

Qeyd edək ki, layihənin ideya müəllifi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovadır.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi