Ru
Bakı
USD
EUR
GBP
RUB

Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd ediləcək

news photo

22.05.2019 09:12 // Cəmiyyət

Mayın 23-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.

Youthportal.az xəbər verir ki, tədbirin bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək.

Tədbirin keçirilməsində məqsəd Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, martın 20-də Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olub. Prezidentin qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə müvafiq Sərəncamı imzalanıb.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi