Ru
Bakı
USD
EUR
GBP
RUB

CBS və “Viacom” birləşmək qərarına gəliblər

news photo

15.08.2019 15:41 // Dünyada

ABŞ mediakonqlomeratları - “CBS Corporation” və “Viacom Inc.” birləşmək qərarına gəliblər. Youthportal.az “Qazeta.Ru”ya istinadla xəbər verir ki, bu barədə məlumat avqustun 13-də açıqlanıb. Yeni şirkət “ViacomCBS Inc.” adlanacaq. Gözlənildiyinə görə, 30 milyard dollar məbləğində əqd bu ilin sonuna qədər bağlanacaq.

“Viacom” və CBS-nin mətbuat üçün birgə məlumatında deyilir ki, yaradılacaq şirkət mükafat kontentinə hədəflənmiş aparıcı qlobal multiplatforma şirkətinə çevrilməlidir. O, dünyanın ən mühüm kontent istehsalçılarından və təchizatçılarından biri ola bilər.

Bu isə o deməkdir ki, konqlomeratlar əyləncə bazarı uğrunda fəal mübarizə aparmaq niyyətindədirlər. Məlumdur ki, hazırda bu sahədə liderlik “Disney”, “Comcast”, “AT&T” və “Netflix”ə məxsusdur.

Birləşmə nəticəsində “Paramount”, CBS telekanalları (o cümlədən CBS Sports və CBS News), MTV, “Nickelodeon”, “Showtime”, “Comedy Central”, “The CW” və “BET”, habelə “Simon & Schuster” bir dam altında fəaliyyət göstərəcəklər. Çox güman, şirkətlərin striminq servisləri – “CBS All Access” və “Pluto TV” də birləşəcəklər. “ViacomCBS” ABŞ telebazarının təqribən 22 faizinə nəzarət edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi