Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinə yekun vuruldu

news photo

01.07.2019 19:38 // Gənclər üçün

30 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinə yekun vuruldu. İştirakçılar düşərgə daxili yarışmalarda, çempionatlarda iştirakına və faəllığına görə diplomlar və sertifikatlarla təltif edildi.

Düşərgə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil edildi. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olundu. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak etdi, musiqi gecələri, görüşlər keçirildi. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olundu. Düşərgənin formatına uyğun olaraq iştirakçıların foto sənəti üzrə bilik və bacarıqları artırıldı. Həmçinin sağlam və düzgün qidalanma mövzusunda təlimlər, zərərli vərdişlərlə mübarizə mövzusunda seminarlar, layihə yazılması, komanda işi üzrə təlimlər keçirildi və müzakirələr aparıldı.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi