Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbirlər keçirildi (FOTO)

news photo

01.07.2019 11:01 // Gənclər üçün

28-29 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin 3-cü və 4-cü günü foto və müxtəlif mövzularda təlimlər, maraqlı intellektual oyunlar və yarışlarla davam etdi.

Düşərgənin formatına uyğun olaraq tanınmış fotoqraf Vahid Həsənovun iştirakı ilə foto təlimlər zamanı əldə edilən biliklər əsasında iştirakçılar təbiətdə güllərin, çayların və s. obyektlərin fotolorının çəkilməsi və üzərində işlənilməsi ilə bağlı tapşırıqlar yerinə yetirdi. Növbəti təlim gənclər arasında yayılan  zərərli vərdişlər narkomaniya, siqaret, alkoqolizm, internetdən düzgün istifadə etməməyin ziyanları haqıında Rəşad Nəbiyev məlumat verdi. Daha sonra sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yuxarıda sadlalanan zərərli vərdişlərin yaranma səbəbi və ondan xilas olmaqla bağlı mübarizə üsullarından bəhs etdi və mövzu üzrə müzakirələr aparıldı.

Daha sonra düşərgə iştirakçılarına “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev “Dövlət Gənclər Siyasəti”, “QHT-lərin cəmiyyətdə rolu” haqqında geniş məlumat verdi və mövzu üzrə müzakirələr davam etdi.

Məlumat üçün bildiririk ki, düşərgə 30 iyun tarixinədək davam etdi.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi