Ru
Bakı
USD
EUR
GBP
RUB

Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək

news photo

24.05.2019 15:09 // Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob təşkil edəcək. Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himni Bulvar ərazisində canlı ifa olunacaq. Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.

Qeyd edək ki, fləşmob mayın 28-də, saat 16.00-da Dənizkənarı Milli Parkda, Azneft Meydanı ərazisində təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi