Ru
Bakı
USD
EUR
GBP
RUB

Budapeştdə Red Bull Mind Gamers turnirinin finalı keçirilir (FOTO)

news photo

26.03.2017 19:32 // High-tech

Budapeştdə Red Bull Mind Gamers turnirinin finalı keçirilir.

Bu gün Budapeştdə Azərbaycan gəncləri tərəfindən artıq çox sevilən Red Bull Mind Gamers turnirin final mərhələsi keçirilir. Ölkəmizin qalib komandası artıq Macarıstandadır və hal-hazırda finala vəsiqə qazanmaq üçün digər 22 ölkədən gələn komandalar ilə mübarizə aparır.

Yarışma zamanı gənclərimiz qarışıq reallığa malik olan final “Eskeyp rum”-dan çıxış yolu tapmalıdılar. Qalib komanda Massaçusets Texnologiya İnstitutundakı Game Lab-a pazzların yaradılması sessiyasına dəvət olunacaq.

YouthPortal xəbər verir ki, təşkilatçılar finala keçən iki komandanın adlarını sirr olaraq saxlayacaqlar və açıqlamanı Red Bull TV-nin canlı yayımında edəcəklər. Canlı yayım bu gün Bakı vaxtı ilə saat 23:00-da olacaq. Azərbaycan komandasının nəticələrini birincilərdən öyrənmək və milli komandamıza dəstək olmaq üçün canlı yayımı burada izləyə bilərsən - http://win.gs/mgfinal

“Eskeyp rum” - otaqda bağlanmış oyunçular müxtəlif elementlərdən istifadə edib, bir sıra tapmacaların həllini tapıb azadlığa çıxmaq üçün mübarizə aparmalı olduqları bir macəra oyunudur. Onlayn yarışmanı və real həyatda keçirilən tədbirləri özündə cəmləşdirən turnir, iştirakçıların intellektini, məntiqini və yaradıcılığını onlayn oyunlar ilə sınayır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi