Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi

news photo

12.11.2019 16:55 // Təhsil

2020/2021-ci tədris ili üçün keçiriləcək “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a verilən məlumata görə, “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” aləti üzrə qabiliyyət imtahanlarının “ixtisas”, “musiqi nəzəriyyəsi və solfecio” fənləri üzrə keçirilməsi qərara alınıb.

Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.

Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək. Həmin nəşrləri və DİM-in saytını izləyin.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi