Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu il Yaponiyaya 20 milyon əcnəbi turist gəlib

news photo

24.08.2018 11:30 // Dünyada

Bu ilin birinci yarısında Yaponiyanı rekord sayda əcnəbi turist ziyarət edib. İlk dəfə olaraq, ilin indiki vaxtında ölkəyə 20 milyon turist səfər edib.

Youthportal.az xəbər verir ki, bu barədə jurnalistlərə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Hokkaydo prefekturasında yerləşən Tesikaqa şəhərində jurnalistlərə müsahibə verən Y.Suqa qeyd edib ki, Baş nazir Şinzo Abenin hökuməti turizmə regionların canlandırılması və iqtisadi inkişafı üçün mühüm vasitə kimi baxır. Nəticədə avqustun 15-nə olan məlumata görə, Yaponiyaya cari ildə səfər edən əcnəbilərin sayı 20 milyona çatıb. Baş katibin sözlərinə görə, bu, tarixboyu ölkəyə turist axınının ən yüksək göstəricisidir.

Yaponiya Milli Turizm Təşkilatının bildidridiyinə görə, ölkəyə gələn əcnəbi turistlərin sayı ötən il sentyabrın 15-də 20 milyona çatmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi