Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu il 450-dən artıq tələbə ikinci təhsil üçün sənədlərini ADNSU-ya təqdim edib

news photo

18.09.2019 15:36 // Təhsil

2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ixtisaslarına bakalavriat səviyyəsində 2 min 731 tələbə qəbul olunub. Bundan əlavə, 450-dən artıq tələbə ikinci təhsil üçün sənədlərini bu universitetə təqdim edib.

ADNSU-dan Youthportal.az-a bildirilib ki, magistratura səviyyəsində qəbul olunanların sayı ötən illə müqayisədə artaraq 660 nəfər olub.

Qeyd olunub ki, gənclərin bu ali məktəbdə təhsil almağa marağı ilbəil yüksəlir. Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayanlardan 901 nəfəri, 600-dən yuxarı bal toplayanlardan isə 217 nəfəri ADNSU-nu seçib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi