Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

news photo

12.02.2019 11:05 // İdman

Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək

Youthportal.az xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.

Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.

Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.

Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi