Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək

news photo

17.09.2019 15:17 // İdman

Sentyabrın 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək.

Youthportal.az xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında yer alan komandalar arasında ümumilikdə 8 qarşılaşma oynanılacaq. Gün ərzində keçiriləcək oyunlar aşağıdakılardır:

E qrupu:

“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə),

“Zaltsburq” (Avstriya) - “Genk” (Belçika).

F qrupu:

“İnter” (İtaliya) - “Slaviya Praqa” (Çexiya),

“Borussiya Dortmund” (Almaniya) - “Barselona” (İspaniya).

G qrupu:

“Lion” (Fransa) - “Zenit” (Rusiya),

“Benfika” (Portuqaliya) – “Leypziq” (Almaniya).

H qrupu:

“Çelsi” (İngiltərə) - “Valensiya” (İspaniya),

“Ayaks” (Hollandiya) - “Lill” (Fransa).

A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi