Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək

news photo

02.12.2019 18:45 // İdman

Dekabrın 2-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar.

Youthportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq mərasim Parisdəki “Şatle” teatrında baş tutacaq. Təqdimat mərasiminin aparıcılarından biri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olacaq.

Mükafatın qalibi üç namizəd - “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul”un niderlandlı müdafiəçisi Virgil van Deyk arasından seçiləcək.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştiano Ronaldo və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüblər. Ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi