Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq

news photo

15.09.2019 14:12 // Qarabağ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü keçiriləcək.

Youthportal.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. “ASK Arena”nın ot örtüyünün dəyişdirilməsi prosesi getdiyi üçün matç “Bakcell Arena”da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. “Keşlə” 3-cü, “Səbail” 4-cü sıradadır.

Bu komandaların əvvəlki 8 çempionat qarşılaşmasından 3-də keşləlilər, 4-də isə “dənizçilər” qalib gəlib. “Səbail” son 4 görüşdə meydanı qolsuz tərk etməyib. “Keşlə” son 3 ev matçında qələbə qazanmayıb.

Turun son oyunu çempionluğa 2 əsas namizəd – “Qarabağ” və “Neftçi” arasında olacaq. Ötən mövsüm müvafiq olaraq, qızıl və gümüş medal qazanan komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.

Sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya “Sevilya”sını qəbul edəcək Ağdam təmsilçisi cari çempionata da inamlı başlayıb və 9 xalla vahid liderdir. “Ağ-qaralar” isə 4 xalla 5-ci yerdədirlər.

Milli çempionatların daimi iştirakçısı olan “Qarabağ” və “Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər. “Neftçi” 5, “Qarabağ” 4 oyundur meydanı qolsuz tərk etməyib. Ağdam klubu son 3 ev oyununda qalib gəlməyib.

Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.

Premyer Liqa

IV tur

15 sentyabr (bazar)

18:00. “Keşlə” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bakcell Arena”

20:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi