Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq

news photo

13.12.2018 15:30 // İdman

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq.

Youthportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da Londondakı “Emireyts” stadionunda baş tutacaq görüşün idarə edilməsi danimarkalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Yens Moedir. Lars Hummelqorl və Heyne Serensen yan xətt hakimi funksiyalarını yerinə yetirəcəklər.

Beş turdan sonra E qrupuna 13 xalla “Arsenal” klubu başçılıq edir. Aktivində 10 xal olan Portuqaliyanın “Sportinq” klubu ikinci, hərəyə 3 xalı olan “Vorskla” (Ukrayna) və “Qarabağ” üçüncü və dördüncü yerləri bölüşürlər.

Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya təmsilçisi “Sportinq”i artıq play-off mərhələsinə vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyır.

Ağdamlıların “Arsenal” ilə Bakı Olimpiya Stadionundakı görüşü II tura təsadüf edib. Oktyabrın 4-də keçirilən oyunda “topçular” Sokratis Papastatopulos, İmil Smit-Rou və Matteo Genduzinin qolları ilə qalib gəliblər.

“Topçular” cari mövsümə qədər heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı daha əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/16 mövsümdə Avropa Liqasının qrup mərhələsində “Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə “Çelsi”yə məğlub olub (0:6, 0:4).

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi