Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün “Qarabağ” UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək

news photo

12.12.2019 12:39 // İdman

Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Youthportal.az xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.

E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.

Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.

Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi