Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

news photo

16.01.2019 10:02 // Siyasət

Bgün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçiriləcək.

Youthportal.az xəbər verir ki, nazirlər Fransa paytaxtı Parisdə biraraya gələcəklər.

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi