Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün “Neftçi” klubu “Arsenal” (Tula) komandasını qəbul edəcək

news photo

01.08.2019 13:14 // İdman

Avqustun 1-də Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın "Arsenal” (Tula) komandasını qəbul edəcək.

Youthportal.az xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

“Bakcell Arena”da keçiriləcək cavab oyunu saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi