Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq

news photo

17.12.2018 15:04 // İdman

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Youthportal.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasimdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük formalaşdırılacaq. Qrup qalibləri bir, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq. 

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi