Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün bədii gimnastika üzrə Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək

news photo

17.05.2019 11:58 // İdman

Mayın 17-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək.

Youthportal.az xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və topla hərəkətlərdə mübarizə aparacaqlar. Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - 5 halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi