Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün Bakıda beynəlxalq badminton turniri başlayır

news photo

06.06.2019 11:30 // İdman

Bu gün Bakıda "Azerbaijan International" beynəlxalq badminton turniri başlayacaq.

Azərbaycan Badminton Federasiyasından Youthportal.az-a verilən məlumata görə, "International Challenge" seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, "International Challenge" seriyalı turnirlər üçün rekord göstəricidir.

Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil ediləcək.

Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək.

Qeyd edək ki, turnir 6-9 iyun tarixlərində keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi