Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu gün Azərbaycanın iki idmançısı Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq

news photo

21.07.2019 11:20 // İdman

Azərbaycanın iki idmançısı iyulun 21-də Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq.

Youthportal.az xəbər verir ki, fərdi yarışlarda qızların mübarizəsində Polina Drobişeva slovakiyalı Salma Druqdova ilə qarşılaşacaq.

Tamerlan Əzizov isə fərdi yarışda italiyalı Daniele Miniginini sınağa çəkəcək.

Qeyd edək ki, püşkatmaya görə digər təmsilçilərimiz Kənan Qasımov belçikalı Alessio Basile, Alina Hüseynova belçikalı Jülyet Bovi ilə qarşılaşacaq.

Azərbaycan yığması bu idman növündə iki oğlan və iki qızla təmsil olunur. Millimizin üzvlərinin hamısı mübarizəyə 1/32 finaldan başlayacaq.

Yarışda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparırlar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi