Ru
Bakı
USD
EUR
GBP
RUB

Bu axşam “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

news photo

16.05.2019 14:05 // Cəmiyyət

Bu axşam “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Youthportal.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində baş tutacaq ikinci yarımfinalda ölkəmizlə yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Xatırladaq ki, İsrail festivalının keçirilməsi hüququna 2018-ci il mayın 13-də Lissabonda “Eurovision” müsabiqəsində israilli Netta Barzilayın “Toy” mahnısı ilə qazandığı qələbədən sonra nail olub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi